Çörək İstehsalatı

 Təqdim edilmiş xidmətlərin növü: İdarəetmə və İstehsalat Mühəndisliyi Məsləhətləri

Isgandarov and Partners LLC – nin məsləhət xidmətləri ilə təbii maya əsasında çörək istehsalı layihəsi hazırlanmışdır, layihə həmçinin istehsalat əməliyyatlarının başlanmasını da əhatə etmişdir. Layihə, təbii çörək bişirmə texnologiyası tələblərinə əsaslanan istehsalat mühəndisliyi prosesinin tətbiq edilməsindən (o cümlədən, buğda / çovdardan hazırlanmış təbii mayanın hazırlanması daxil olmaqla) istehsal sahəsinin layihələndirilməsindən və qurulmasına kimi tam məsləhət xidmətlərindən ibarət idi.

Əsas vəsaitlərin alınması və buğda / çovdar, un və digər xam mal və həmçinin qablaşdırma materiallarının təchizatçıların seçilməsi ilə təchizat zəncirinin yaradılması layihənin bir hissəsi idi. Layihə, məhsul çeşidlərinin yaradılmasını və sonradan hazırlanmış çörək məhsulları üzrə istehsal və satış planları və cədvəllərinin hazırlanmasını və fəaliyyət zamanı tətbiq edilməsini də daxil etmişdir. Çörək istehsalında əmək tələblərinə və keyfiyyətin idarəetmə standartlarına əsasən istehsalat üçün işçi heyətinin seçimi və peşə təlimləri həyata keçirilmişdir.

Ümumi olaraq qəbul edilmiş fikirlərə əsaslanan, digər “müasir” maya maddələrlə müqayisədə çörək istehsalının təbii maya əsasında hazırlanmasının əsas seçimi, nəticədə çörək məhsullarının çoxlu müsbət keyfiyyətlərlə, yəni çörəyin qidalanma dəyəri, ətiri, teksturası və saxlanılma ömrünün yaxşılaşdırılması ilə bağlıdır.