|
Fəaliyyətimiz
2005-ci ildə təsis olunmuş Isgandarov and Partners MMC şirkətinin əsas fəaliyyəti idarəetmə, maliyyə və mühasibatlıq, korporativ idarəetmə və strategiyaların hazırlanması üzrə məsləhət xidmətlərinin təqdim edilməsi təşkil etmişdir. Isgandarov and Partners MMC 2008-ci ildən 2015-ci ilədək, 50 ildən artıq fəaliyyət göstərən və müştərilərin tələblərinə cavab verən DFK International Mühasibatlıq və Biznes Məsləhətçi şirkətlərin Beynəlxalq Assosiasiyasında müstəqil müxbir üzvlüyünı uğurla daşımışdır. Bu Assosiasiyanın dünya üzrə 360-dan artıq ofisi fəaliyyət göstərir. İsgandarov and Partners MMC, fəaliyyət istiqamətlərinin yenidən qurulması səbəbindən DFK İnternational Assosiasiyasında Azərbaycan üzrə olan üzvlüyünə 2015-ci ildə xitam vermişdir. Şirkətimiz 2016-cı ildə fəaliyyətinin yenidən qurma işrənini həyata keçirməklə, əsas fəaliyyət istiqamətlərini İdarəetmə və İstehsalat Mühəndisliyi Məsləhət Xidmətlərinə çevirmişdir. Məsləhət Xidmətlərimiz layihənin dizayn mərhələsindən onun həyata keçirilməsinə və əməliyyatların idarə edilməsi mərhələsinə kimi xidmət təkliflərini daxil edir.
|