Beynəlxalq Maliyyə Korporasiyası

Azərbaycan Korporativ İdarəetmə Layihəsi və Şərqi Avropa Orta Asiya Korporativ İdarəetmə Layihəsi, korporativ idareətmə təcrübələrinin təkmilləşdirilməsi məqsədini daşıyır. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilən və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçirilən Layihə yerli şirkət və banklara öz əməliyyat fəaliyyətlərini yaxşılaşdırmağa və investisiyaları cəlb etmək imkanlarını artırmağa kömək edir. Müşahidə Şurasının və İdarə Heyətinin funksiyaları, səhmdarların hüquqlarının qorunması, şəffaflıq və açıqlama kimi ümumi korporativ idarəetmə məsələlərinə dair göstərilən məsləhət xidmətinə əlavə olaraq, Layihə risklərin idarəedilməsi, daxili nəzarət və daxili audit, maliyyə hesabatlığı və digər əlaqədar məsələlərə dair məsləhətlər verir.

İsgandarov and Partners, LLC bu Layihələrin Azərbaycan üzrə rəsmi tərəfdaş məsləhətçi şirkət statusunu 2010-2015-ci illər ərzində daşımışdır.