Bizim Fəaliyyətimiz

2005-ci ildə təsis olunmuş Isgandarov and Partners LLC şirkətinin əsas fəaliyyəti idarəetmə, maliyyə və mühasibatlıq, korporativ idarəetmə və  strategiyaların hazırlanması üzrə məsləhət xidmətlərinin təqdim edilməsi təşkil etmişdir.

2008-ci ildən 2015-ci ilədək, Isgandarov and Partners LLC 50 ildən artıq fəaliyyət göstərən və müştərilərin tələblərinə cavab verən DFK International Mühasibatliq və Biznes Məsləhətçi şirkətlər Beynəlxalq Assosiasiyasında müstəqil müxbir üzvlüyünı uğurla daşımışdır. Bu Assosiasiyanın dünya üzrə 360-dan artıq ofisi fəaliyyət göstərir.

İsgandarov and Partners LLC, fəaliyyət istiqamətlərinin yenidən qurulması səbəbindən DFK İnternational Assosiasiyasında Azərbaycan üzrə olan üzvlüyünə 2015-ci ildə xitam vermişdir.

Isgandarov & Partners LLC 2016-cı ildə fəaliyyətinin əsaslı yenidən qurma işrənini həyata keçirməklə, hazırda əsas istiqamətlərini İdarəetmə və İstehsalat Mühəndisliyi Məsləhət Xidmətlərinə çevirmişdir. Isgandarov & Partners, LLC kənd təsərrüfatı, çörək və qida məhsullarının istehsalı və emalı,  müalicəvi bitkilərin istehsalı və emalı, ağac, kağız, şüşə və pambığ məhsullarının istehsalı və emalı daxil olmaqla, lakin bu sahələrlə məhdudlaşmayan müxtəlif orqanik istehsal sahələrində fəaliyyət göstərən və ya yeni başlayan müəssisələrə İdarəetmə və İstehsalat Mühəndisliyi Məsləhət Xidmətlərini göstərməkdədir.
Məsləhət Xidmətlərimiz layihənin dizayn mərhələsindən onun həyata keçirilməsinə və əməliyyatların nəzarət edilməsi mərhələsinə kimi xidmət təkliflərini daxil edir.